Fransa Ukraynanı məğlub etdi, İsveç İngiltərəyə də uduzdu (YENİLƏNİB)
16 iyun 2012 01:52
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin səkkizinci oyun günündə də iki qarşılaşma baş tutub.
İkinci turun son oyun günü D qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan İngiltərə və İsveç bir-biri ilə qarşılaşıb. Kifayət qədər gərgin və məhsuldar alınan görüşdə qələbə ingilislərə qismət olub. Beləcə, İrlandiyanın ardınca İsveçin də son oyundan asılı olmayaraq, AÇ-2012-də pley-offa çıxmayacağı artıq dəqiqləşib.
Qrupun digər görüşü isə turnirin ev sahiblərindən olan Ukrayna ilə Fransa arasında baş tutub. Güclü leysan səbəbi ilə bir saatlıq fasilənin verildiyi qarşılaşmada qələbəni fransızlar bayram ediblər. Lakin Ukrayna bu məğlubiyyətə rəğmən, hələ pley-offa şansını saxlayır.
AÇ-2012
Qrup mərhələsi
D qrupu
15 iyun
UKRAYNA – FRANSA - 0:2 (0:0)
Qollar: Menez, 53 (0:1), Kabay, 56 (0:2)
Ukrayna. Donetsk. “Donbass Arena”.
Baş hakim: Byorn Kaypers (Hollandiya).
UKRAYNA: Pyatov, Selin, Xaçeridi, Mixalik, Timoşuk, Qusev, Yarmolenko (A.Əliyev, 69), Nazarenko (Milevski, 60), Konoplyanka, Şevçenko (k), Voronin (Deviç, 46).
FRANSA: Lyoris (k), Debuşi, Rami, Mekses, Klişi, Kabay (M`Vila, 68), Riberi, Nasri, Menez (Martin, 73), Diarra, Benzema (Jiro, 77).
İSVEÇ – İNGİLTƏRƏ - 2:3 (0:1)
Qollar: Karoll, 24 (0:1), Mellberq, 49 (1:1), Mellberq, 59 (2:1), Uolkot, 65 (2:2), Uelbek, 78 (2:3)
Ukrayna. Kiyev. Olimpiya stadionu.
Baş hakim: Damir Skomina (Sloveniya).
İSVEÇ: İsaksson, Mellberq, Qrankvist (Lustiq, 66), M.Olsson, Y.Olsson, Elm (Vilhelmsson, 81), Larsson, Svensson, Kellstrem, İbrahimoviç (k), Elmander (Rozenberq, 79).
İNGİLTƏRƏ: Hart, Conson, E.Koul, Terri, Leskott, Cerard (k), E.Yanq, Milner (Uolkot, 61), Parker, Karoll, Uelbek (Çemberleyn, 90).
Fransa
|
2
|
1
|
1
|
0
|
3-1
|
4
|
İngiltərə
|
2
|
1
|
1
|
0
|
4-3
|
4
|
Ukrayna
|
2
|
1
|
0
|
1
|
2-3
|
3
|
İsveç
|
2
|
0
|
0
|
2
|
3-5
|
0
|