İngiltərə və Fransa da 1/4 finala çıxdı (YENİLƏNİB)
20 iyun 2012 01:38
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 12-ci oyun günündə də iki qarşılaşma baş tutub.
Qrup mərhələsinin son oyun günü D qrupu çərçivəsində turnirin əsas favoritlərindən hesab olunan Fransa İsveçlə, İngiltərə isə meydan sahiblərindən olan Ukrayna ilə qarşılaşıb. Hər iki qarşılaşmaya maraq kifayət qədər yüksək idi. Çünki İsveç istisna olmaqla, qalan komandaların pley-offa çıxmaq şansı qalmaqda idi. Amma ən az şansa malik olan Ukrayna yığması İngiltərə ilə oyunda vacib olan qələbəni qazana bilməyib. Halbuki, Fransa da İsveçə uduzmaqla ukraynalılar üçün əla fürsət yaratmışdı. Lakin sonda qrupdan məhz İngiltərə və Fransa çıxıb.
Beləcə, AÇ-nin qrup mərhələsinə yekun vurulub. Çexiya, Yunanıstan, Almaniya, Portuqaliya, İspaniya və İtaliya ilə yanaşı Fransa və İngiltərə də pley-offa vəsiqə qazanıb. Qalan yığmalar isə turnirlə vidalaşıblar. İyunun 20-də iştirakçılar istirahət edəcəklər.
AÇ-2012
Qrup mərhələsi
D qrupu
19 iyun
İSVEÇ – FRANSA - 2:0 (0:0)
Qol: İbrahimoviç, 54 (1:0), Larsson, 90 (2:0)
Ukrayna. Kiyev. Olimpiya stadionu.
Baş hakim: Pedro Proensa (Portuqaliya).
İSVEÇ: İsaksson, Mellberq, Qrankvist, M.Olsson, Y.Olsson, Larsson, Svensson (Holmen, 79), Kellstrem, Bayrami (Vilhelmsson, 46), İbrahimoviç (k), Toyvonen (Vernblum, 78).
FRANSA: Loris (k), Debuşi, Rami, Mekses, Klişi, Riberi, Nasri (Menez, 77), M`Vila (Jiru, 83), Diarra, Ben-Arfa (Maluda, 59), Benzema.
İNGİLTƏRƏ – UKRAYNA - 1:0 (0:0)
Qol: Runi, 48 (0:1)
Ukrayna. Donetsk. “Donetsk Arena”.
Baş hakim: Viktor Kaşşai (Macarıstan).
İNGİLTƏRƏ: Hart, Conson, E.Koul, Terri, Leskott, Cerard (k), Yanq, Milner (Uolkot, 70), Parker, Runi (Çemberleyn, 87), Uelbek (Karoll, 82).
UKRAYNA: Pyatov, Selin, Xaçeridi, Rakitski, Timoşuk (k), Qarmaş (Nazarenko, 78), Qusev, Yarmolenko, Konoplyanka, Milevski (Butko, 76), Deviç (Şevçenko, 70).
İngiltərə
|
3
|
2
|
1
|
0
|
5-3
|
7
|
Fransa
|
3
|
1
|
1
|
1
|
3-3
|
4
|
Ukrayna
|
3
|
1
|
0
|
2
|
2-4
|
3
|
İsveç
|
3
|
1
|
0
|
2
|
5-5
|
3
|