AÇ-2012-nin ilk yarımfinalçısı Portuqaliya oldu (YENİLƏNİB)
22 iyun 2012 01:35
Sayca 14-cü Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi turnirin 13-cü oyun günündə bir qarşılaşma baş tutub.
Pley-off mərhələsinin ilk oyununda Çexiya və Portuqaliya üz-üzə gəlib. Qalib gələn komanda qitə birinciliyinin ilk yarımfinalçısı adını qazanacaqdı. Bu adı isə Portuqaliya qazanıb.
Maraq üçün xatırladaq ki, qrup mərhələsində A qrupunda yer alan Çexiya Rusiyaya 1:4 uduzsa da, Yunanıstanı 2:1, Polşanı 1:0 yenməklə növbəti mərhələyə çıxmışdı. Portuqaliya isə B qrupunda Almaniyaya 0:1 uduzduqdan sonra Danimarkanı 3:2, Hollandiyanı 2:1 hesabıyla üstələməklə pley-offa adlamışdı.
AÇ-2012
1/4 final
21 iyun
ÇEXİYA – PORTUQALİYA - 0:1 (0:0)
1/4 final
21 iyun
ÇEXİYA – PORTUQALİYA - 0:1 (0:0)
Qol: Ronaldo, 80 (0:1)
Polşa. Varşava. Milli stadion
Baş hakim: Hovard Uebb (İngiltərə)
Polşa. Varşava. Milli stadion
Baş hakim: Hovard Uebb (İngiltərə)
ÇEXİYA: Çex (k), Gebre Selassie, Kadleç, Sivok, Limberski, Plaşil, Pilarj, Hübşman (Pekhart, 86), Yiraçek, Darida (Rezek, 61), Baroş.
PORTUQALİYA: Ruy Patrisiu, Bruno Alveş, Pepe, Koentrao, J.Pereyra, Velozo, Moutinyo, R.Meyreleş (Rolando, 88), Nani (Kustodio, 84), Ronaldo (k), Poştiqa (Almeyda, 40).