AÇ-2012-də bütün 1/4 finalçılar bəlli oldular
20 iyun 2012 02:07
Polşa və Ukraynada keçirilən sayca 14-cü Avropa çempionatının 1/4 final mərhələsinin bütün cütlükləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən gecə keçirilən D qrupunda son oyunlardan sonra növbəti mərhələdə qarşılaşacaq daha iki cütlüyə aydınlıq gəlib.
Beləliklə, son Avropa və dünya çempionu, C qrupunun lideri İspaniya 1/4 finalda D qrupunun ikincisi Fransa ilə qarşılaşacaq. C qrupunda ikinci olan İtaliya isə D qrupunun lideri İngiltərəni sınağa çəkəcək.
AÇ-2012-nin digər iştirakçılarına gəlincə, A qrupundan Rusiya və Polşa, B qrupundan Danimarka və Hollandiya, C qrupundan Xorvatiya və İrlandiya, D qrupundan isə Ukrayna və İsveç mübarizəni erkən dayandırmalı oldu.
AÇ-2012
1/4 final
21 iyun
23:45. Çexiya – Portulaqiya
22 iyun
23:45. Almaniya – Yunanıstan
23 iyun
23:45. İspaniya – Fransa
24 iyun
23:45. İngiltərə - İtaliya