Fransa – İsveç matçı sükutla başlayacaq
19 iyun 2012 17:17
Futbol üzrə 2012-ci il Avropa çempionatı çərçivəsində D qrupunda 3-cü turun Fransa – İsveç matçı 1 dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bütün oyunçular, məşqçilər, jurnalistlər və azarkeşlər 74 yaşında dünyasını dəyişmiş məşhur fransalı şərhçi Tyerri Rolanı yad edəcəklər.
Rolan 50 ildən çox şərhçi işləyib və futbol üzrə 13 dünya çempionatını şərh edib. Onun çalışdığı sonuncu böyük turnir 2004-cü ildə Portuqaliyada keçirilmiş Avropa çempionatı olub. Həmkarımızın 2012-ci il Avropa çempionatında da işləyəcəyi planlaşdırılırdı. Lakin o, səhhətindəki problemlərlə əlaqədar Ukraynaya gedə bilməyib.