AÇ-2012: 1/4 finalın ilk cütləri bəlli oldu
18 iyun 2012 01:52
Avropa çempionatının 1/4 final mərhələsində qarşılaşacaq ilk iki cütlük müəyyənləşib. Azerisport.az xəbər verir ki, A və B qruplarında mübarizə başa çatdıqdan sonra növbəti mərhələdəki iki oyunda hansı komandaların qarşılaşacağı məlum olub.
A qrupunun birincisi Çexiya növbəti mərhələdə B qrupunun ikincisi Portuqaliya ilə qarşılaşacaq. A qrupunda ikinci pilləni tutan Yunanıstan isə B qrupunun lideri Almaniya qarşısında imtahan verəcək.
Çexiya – Portuqaliya oyunu iyunun 21-də, Yunanıstan – Almaniya matçı isə bir gün sonra keçiriləcək. 1/4-in digər iki cütlüyü C və D qruplarında 3-cü turun oyunlarından sonra müəyyənləşəcək.
AÇ-2012
1/4 final
21 iyun
23:45. Çexiya – Portuqaliya
Polşa. Varşava. Milli stadion.
22 iyun
23:45. Almaniya – Yunanıstan
Polşa. Qdansk. “PGE Arena”.