Yunanıstan yığmasında şok itki
9 iyun 2012 13:26
Futbol üzrə Yunanıstan milli komandası AÇ-2012-də keçirdiyi ilk oyunda ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Avram Papadopulos 2012-ci il Avropa çempionatının qalan görüşlərində oynamayacaq.
27 yaşlı müdafiəçi Polşaya qarşı çempionatın açılış matçında dizindən xəsarət alıb. Tibbi müayinə nəticəsində Papadopulosun ön xaçabənzər bağlarının qırıldığı və sol dizinin yan bağlarının dartıldığı müəyyənləşib. O, otelə qayıtdıqdan sonra müalicə üçün ölkəsinə göndərilib.
Qeyd edək ki, A qrupunda yer alan Yunanıstan Polşa ilə 1:1 hesablı heç-heçə edib. 2004-cü ilin Avropa çempionları iyunun 12-də Çexiya, iyunun 16-da Rusiya ilə üz-üzə gələcəklər.