AÇ-2012 sülhlə başladı, ilk qələbəni Rusiya qazandı (YENİLƏNİB)
9 iyun 2012 01:35
Bu gün futbol üzrə sayca 14-cü Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, Ukrayna və Polşanın birgə ev sahibliyi etdiyi bu turnirin ilk oyun günündə iki qarşılaşma baş tutub.
Qitə birinciliyinin açılış matçında Polşa doğma divarlar arasında 2004-cü ildə Avropa çempionu olmuş Yunanıstanla qarşılaşıb. Hesabı meydan sahibləri açıblar. Bu azmış kimi, ilk yarının sonlarında yunanlar azlıqda qalıblar. Lakin polyaklar fasilədən sonra bu üstünlüklərini əldən veriblər. Hətta qapıçısını da itirdikdən sonra meydan sahibləri qələbə qazanmaq şanslarını heçə endiriblər. Beləcə, AÇ-2012-nin açılış matçı sülhlə başa çatıb.
İlk oyun gününün digər qarşılaşması da Polşada keçirilib. Bu oyunda isə qonşu Rusiya yığması Çexiya ilə münasibətlərinə aydınlıq gətirib. Şimal qonşularımız rəqibini darmadağınla keçiblər və bu çempionatın ilk qələbəsinin müəllifinə çevriliblər.
AÇ-2012
Qrup mərhələsi
A qrupu
8 iyun
POLŞA – YUNANISTAN – 1:1 (1:0)
Qollar: Levandovski, 17 (1:0), Salpingidis, 51 (1:1).
Matçın 71-ci dəqiqəsində Karaqunis penaltidən yararlana bilməyib (qapıçı)
Qırmızı vərəqə: Sokratis, 45 (ikinci sarı vərəqə), Şensnı, 69.
Polşa. Varşava. Milli stadion.
Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).
POLŞA: Şensnı, Beniş, Vasilevski, Perkis, Pişçek, Polanski, Rıbus (Titon, 70), Obraniak, Muravski, Blaşikovski, Levandovski.
YUNANISTAN: Çalkias, Maniatis, A.Papadopulos (K.Papadopulos, 37), Torosidis, Papastatopulos, Holebas, Karaqunis, Ninis (Salpingidis, 46), Katsuranis, Samaras, Gekas (Fortunis, 68).
RUSİYA – ÇEXİYA - 4:1 (2:0)
Qollar: Dzaqoyev, 15 (1:0), Şirokov, 24 (2:0), Pilarj, 52 (2:1), Dzaqoyev, 79 (3:1), Pavlyuçenko, 82 (4:1)
Polşa. Vroslav. “Mieyski” stadionu.
Baş hakim: Hovard Uebb (İngiltərə).
RUSİYA: Malafeyev, Anyukov, İqnaşeviç, Jirkov, A.Berezutski, Şirokov, Denisov, Zıryanov, Dzaqoyev (Kokorin, 85), Arşavin (k), Kerjakov (Pavlyuçenko, 73).
ÇEXİYA: Çex, Q.Selassie, Kadleç, R.Qubnik, Sivok, Rezek (Hübşman, 46), Rosiçki (k), Plaşil, Pilarj, Yiraçek (Petrjela, 75), Baroş (Lafata, 86).