Cüneyt Çakırın AÇ-2012-də idarə edəcəyi ilk oyun açıqlandı
7 iyun 2012 16:33
UEFA 2012-ci il Avropa çempionatının ilk turunda daha 4 oyunu idarə edəcək hakimləri açıqlayıb. Azerisport.az xəbər verir ki, onların arasında türkiyəli referi Cüneyt Çakır da var.
36 yaşlı baş hakim həmtəşkilatçı Ukrayna ilə İsveç yığmaları arasında iyunun 11-də keçiriləcək qarşılaşmaya təyinat alıb. Ukraynanın paytaxtı Kiyevdəki “Olimpiyski” stadionunda təşkil olunacaq D qrupunun oyunu Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Çakır baş hakimlər arasında hamıdan gənc olması ilə diqqət çəkir. Bu qrupun saat 21:00-da Donetskdəki “Donbass Arena”da başlanacaq Fransa – İngiltərə matçı isə italiyalı Nikola Ritsoliyə həvalə olunub.
İyulun 10-da keçiriləcək C qrupunun qarşılaşmalarına gəldikdə, Polşanın Qdansk şəhərindəki “PGE Arena”da son iki dünya çempionatının qalibləri İspaniya ilə İtaliya üz-üzə gələcək. Saat 21:00-da başlanacaq oyuna macarıstanlı referi Viktor Kaşşai təyinat alıb. Poznan şəhər stadionundakı İtaliya – Xorvatiya görüşü isə hollandiyalı Byorn Kuypersə tapşırılıb. Bu oyun isə saat 23:45-də başlanacaq.