Xorvatiya millisi də AÇ öncəsi şok itki ilə üzləşdi
4 iyun 2012 19:12
Futbol üzrə Xorvatiya yığması da Avropa çempionatı öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, xorvatlar İviça Oliçin xidmətindən məhrum olublar.
Almaniyanın “Bayern” klubunun hücumçusu zədə səbəbindən komandasına kömək etməkdən məhrum olub. AÇ-2012-nin startına cəmi 4 gün qalmış belə bir itki ilə üzləşən xorvatların baş məşqçisi Slaven Biliç 32 yaşlı forvardı heyətdən çıxarmaq məcburiyyətində qalıb.
Artıq Biliçin Oliçi kiminlə əvəzlədiyi də məlumdu. Belə ki, baş məşqçi Ukraynanın “Dnepr” klubunda çıxış edən Nikola Kaliniçi 23 nəfərlik heyətə daxil etdiyi bildirilir.