İngiltərə yığmasında AÇ-2012 öncəsi şok itki
1 iyun 2012 01:35
Futbol üzrə İngiltərə yığma komandası AÇ-2012 öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ingilislərin aparıcı futbolçusu Frank Lempard zədələnərək sıradan çıxıb.
Məşq zamanı bud nahiyyəsindən zədələnən futbolçunun hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin komandanın həkimləri Lempardın qarşıdakı qitə çempionatına yığmaya kömək edə bilməyəcəyinin dəqiq olduğunu bildiriblər. Bu üzdən də İngiltərə millisinin baş məşqçisi Roy Hocsonun Lempardı heyətdən kənarlaşdırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, artıq Lempardın əvəzində ingilislər AÇ-2012 üçün sifariş verdikləri ərizəyə başqa futbolçunun adını daxil ediblər. Bu, "Liverpool"dan Cordan Endersondu.