İngiltərənin də AÇ-2012 heyəti açıqlandı
29 may 2012 16:45
Futbol üzrə İngiltərə yığmasının AÇ-2012 üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Roy Hocson qitə birinciliyinə yollanacaq 23 nəfərlik heyəti müəyyənləşdirib.
Məşqdə barmağını qıran üçüncü qapıçı Con Ruddini kimin əvəzləyəcəyinə də aydınlıq gəlib. Baş məşqçi “Birmingham”in qapıçısı Cek Butlanda dəvət göndərib. 19 yaşlı futbolçu Meksikadakı tətilini yarımçıq qoyaraq millinin düşərgəsinə yollanıb.
Roy Hocson ilkin heyətə daxil etdiyi üç futbolçunu Avropa çempionatına aparmamaq qərarına gəlib. Bunlar müdafiəçi Martin Kelli (Liverpool), yarımmüdafiəçilər – Adam Conson (Manchester City) və Cordan Endersondu (Liverpool).
Qeyd edək ki, İngiltərə yığması D qrupunda Ukrayna, Fransa və İsveçlə mübarizə aparacaq.
Qapıçılar: Co Hart (Manchester City), Robert Qrin (West Ham), Cek Butland (Birmingham);
Müdafiəçilər: Qari Keyhill, Eşli Koul, Con Terri (üçü də “Chelsea), Fil Yaqelka, Leyton Baynes (ikisi də “Everton”), Qlen Conson (Liverpool), Colen Leskot (Manchester City), Fil Cons (Manchester United);
Yarımmüdafiəçilər: Stiven Cerrard, Stüart Douninq (ikisi də “Liverpool), Aleks Oksleyd-Çamberleyn, Teo Uolkott (ikisi də “Arsenal”), Frank Lempard (Chelsea), Ceyms Milner (Manchester City), Eşli Yanq (Manchester United), Skott Parker (Tottenham);
Hücumçular: Danni Uelbek, Ueyn Runi (ikisi də “Manchester United”), Jerman Defo (Tottenham), Endi Karroll (Liverpool).