Fransanın da AÇ-2012 heyəti məlum oldu
29 may 2012 15:17
Futbol üzrə Fransa yığmasının Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə gedəcək yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Loran Blan nəhayət ki, 23 futbolçunun adını açıqlayıb.
Fransızların çalışdırıcısı yekun heyəti müəyyənləşdirərkən 3 futbolçudan imtina etməli olub. Belə ki, o, əsas “23-lüy”ə Mbiva (Montpellier), Remi (Marsel) və Qurkuffu (Lion) daxil etməyib.
Qeyd edək ki, Fransa AÇ-2012-də Ukrayna, İsveç və İngiltərə ilə birgə D qrupunda yer alır.
Qapıçılar: Karrasso (Bordeaux), Loris (Lion), Mandanda (Marsel);
Müdafiəçilər: Klişi (Manchester City, İngiltərə), Debuşi (Lille), Evra (Manchester United, İngiltərə), Koşçielni (Arsenal, İngiltərə), Mekses (Milan, İtaliya), Rami (Valenciennes), Revelye (Lion);
Yarımmüdafiəçilər: Kabaye (Newcastle, İngiltərə), Diarra (Marsel), Maluda (Chelsea, İngiltərə), Martin (Sochaux), Matuidi (PSG), Mvila (Rennes), Nasri (Manchester City, İngiltərə), Riberi (Bayern, Almaniya);
Hücumçular: Ben Arfa (Newcastle, İngiltərə), Benzema (Real, İspaniya), Qiroud (Montpellier), Menes (PSG), Valbuena (Marsel).