İspaniyanın AÇ-2012-yə gedəcək yekun heyəti açıqlandı
28 may 2012 00:38
Futbol üzrə İspaniya yığmasının Polşa və Ukraynada keçiriləcək qarşıdakı Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, nəhayət baş məşqçi Visente del Boske ispanların AÇ-2012-yə gedəcək 23-lüyünü müəyyənləşdirib.
Gözlənildiyi kimi, təcrübəli mütəxəssis zədə səbəbindən əsas heyətin aparıcı üzvlərindən David Vilyaya dəvət göndərməyib. Əvəzində o, Alvaro Neqredonu qitə çempionatına aparmağa qərar verib.
Del Boske heyətə “Barcelona”dan 7, “Real”dan isə 5 futbolçunu 23 nəfərlik heyətə daxil edib.
Qeyd edək ki, İspaniya yığması qarşıdakı Avropa çempionatında C qrupunda yer alır və İtaliya, İrlandiya, eləcə də Xorvatiya ilə qarşılaşmalıdı.
Qapıçılar: İker Kasilyas (Real), Pepe Reyna (Liverpool, İngiltərə), Viktor Valdes (Barcelona);
Müdafiəçilər: Serxio Ramos (Real), Alvaro Arbeloa (Real), Raul Albiol (Real), Xerard Pikue (Barcelona), Xordi Alba (Valencia), Xuanfran Torres (Atletico);
Yarımmüdafiəçilər: Serxio Buskets (Barcelona), Xavi Ernandes (Barcelona), Andres İnyesta (Barcelona), Xavi Martines (Athletic), Xabi Alonso (Real), Sesk Fabreqas (Barcelona), Xuan Mata (Chelsea, İngiltərə), Santi Kasorla (Malaga);
Hücumçular: David Silva (Manchester City, İngiltərə), Fernando Lyorente (Athletic), Fernando Torres (Chelsea, İngilgətə), Xesus Navas (Sevilla), Pedro Rodriqez (Barcelona), Alvaro Neqredo (Sevilla).