AÇ-nin ev sahiblərindən biri yekun heyətini açıqladı
28 may 2012 11:32
Futbol üzrə Polşa yığmasının qarşıdan gələn Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, AÇ-2012-nin meydan sahiblərindən biri olacaq polşalıların baş məşqçisi Françişek Smuda yekun 23-lüyü yerli telekanallardan birinə müsahibə verərkən ictimaiyyətə bildirib.
Onun heyətə daxil etdiyi oyunçulardan 17-si xarici çempionatlarda top qovan futbolçulardı. Qalan oyunçular isə Polşa birinciliyində çıxış edənlərdi.
Beləliklə, Ukrayna ilə birgə AÇ-yə ev sahibliyi edəcək polşalılar bu qitə birinciliyində aşağıdakı heyətlə mübarizə aparacaqlar:
Qapıçılar: Voyçex Şensnı (Arsenal, İngiltərə), Pşemıslav Titon (PSV, Hollandiya), Qjeqoj Sandomerski (Jagellonia);
Müdafiəçilər: Lukaş Pişek (Borussia, Dortmund, Almaniya), Marçin Vasilevski (Anderlecht, Belçika), Yakub Vavjinyak (Legia), Marçin Kaminski (Lech), Qjeqoj Voytkovyak (Lech), Sebastyan Beniş (Werder, Almaniya), Damyen Perkis (Sochaux, Fransa);
Yarımmüdafiəçilər: Oygen Polanski (Mainz, Almaniya), Dariuş Dudka (Auxerre, Fransa), Adam Matuşik (Fortuna, Duesseldorf, Almaniya), Adrian Mejeyevski (Trabzonspor, Türkiyə), Yakub Blaşikovski (Borussia, Dortmund, Almaniya), Ludovik Obranyak (Bordeaux, Fransa), Maçey Rıbus (Terek, Rusiya), Kamil Qrosiçki (Sivasspor, Türkiyə), Rafal Muravski (Lech), Rafal Volski (Legia);
Hücumçular: Robert Levandovski (Borussia, Dortmund, Almaniya), Artur Sobiex (Hannover, Almaniya), Pavel Brojek (Celtic, Şotlandiya).