Hollandiya da Avropa çempionatı üçün yekun heyətini açıqladı
27 may 2012 00:15
Futbol üzrə Hollandiya millisinin AÇ-2012 üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Bert van Marveyk Avropa çempionatına iştirak edəcək 23 nəfərlik heyəti müəyyənləşidirib.
Yığmanın heyətindəki ən təəccüblü isim Vilfred Bouma olub. Van Marviyk PSV-nin 33 yaşlı mərkəz müdafiəçisini Avropa çempionatına aparmaq qərarına gəlib.
Heyətə salınan futbolçulardan 8-i yerli, 15-i xarici çempionatlarda top qovur. Milli çempionatdan yığmada ən çox futbolçu ilə PSV təmsil olunub – 4. “Twente” və “Ajax” kimi klubların isə cəmi 1 oyunçusu yığmaya dəvət alıb.
Qapıçılar: Martin Stekelenburq (Roma, İtaliya), Tim Krul (Newcastle, İngiltərə), Mişel Vorm (Swansea, İngiltərə);
Müdafiəçilər: Jetro Uilyams, Vilfred Bouma (ikisi də PSV), Ron Vlaar (Feyenoord), Qreqori van der Vil (Ajax), Xalid Bulaxruz (Stuttgart, Almaniya), Con Heytinqa (Everton, İngiltərə), Yoris Matiysen (Malaga, İspaniya);
Yarımmüdafiəçilər: Kevin Struutman, Mark van Bommel (ikisi də PSV), İbrahim Afellay (Barcelona, İspaniya), Nigel de Yonq (Manchester City, İngiltərə), Stiyn Şaars (Sporting, Portuqaliya), Uesli Sneyder (İnter, İtaliya), Rafael van der Vart (Tottenham, İngiltərə);
Hücumçular: Luk de Yonq (Twente), Lusiano Narsinq (Herenveen), Klaas Yan Huntelar (Schalke, Almaniya), Dirk Kuyt (Liverpool, İngiltərə), Robin van Persi (Arsenal, İngiltərə), Aryen Robben (Bayern, Almaniya).