Yunanıstanın AÇ-2012-yə gedəcək ilkin heyəti bəlli oldu
18 may 2012 00:08
Futbol üzrə Yunanıstan yığmasının Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsinə gedəcək ilkin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Fernando Santos 25 futbolçuya dəvət göndərib.
Onlardan ikisi yekun heyətdən çıxarılmalıdı. AÇ-2012-yə aparılacaq 23 nəfərlik heyətin hansı futbolçulardan ibarət olacağına isə bu ay təşkil olunacaq təlim-məşq toplanışı aydınlıq gətirəcək. Yunanlar qitə çempionatına qədər Avstriyada hazırlıq keçəcəklər.
Qeyd edək ki, Yunanıstan millisi də yekun heyəti mayın 29-dək UEFA-ya təqdim etməlidi.
Qapıçılar: Kostas Çalkias (PAOK), Mixalis Sifakis (Aris), Alexandros Tsorvas (Palermo, İtaliya);
Müdafiəçilər: Vasilis Torosidis (Olympiakos), Sokratis Papastatopulos (Werder, Almaniya), Avraam Papadopulos (Olympiakos), İosif Çolevas (Olympiakos), Stelios Malezas (PAOK),
Giorgos Tsavelas (Monaco), Yiannis Maniatis (Olympiakos), Kiriakos Papadopulos (Schalke, Almaniya);
Yarımmüdafiəçilər: Giorgos Karaqunis (Panathinaikos), Kostas Katsuranis (Panathinaikos), Giorgos Fotakis (PAOK), Alexandros Tziolis (Monaco, Fransa), Kostas Fortunis (Kaiserslautern, Almaniya), Panaqiotis Kone (Bologna, İtaliya), Yiannis Fetfatzidis (Olympiakos), Sotiris Ninis (Panathinaikos), Qriqoris Makos (AEK);
Hücumçular: Georgios Samaras (Celtic, Şotlandiya), Dimitris Salpigidis (PAOK), Kostas Mitroğlu (Atromitos), Nikos Limberopulos (AEK), Teofanis Gekas (Samsunspor, Türkiyə).