Abakarova AÇ-də gümüş medal qazandı
Taekvondo üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçirilən qitə çempionatının ikinci günü daha 4 idmançımız mübarizəyə qatılıb.
Kişilər arasında 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov, 68 kq çəki dərəcəsində Avropa Oyunlarının qalibi Ayxan Tağızadə, qadınlardan isə Patimat Abakarova və Gülhanım Yeşildal ( hər iksis -53 kq) dayanq üzərinə çıxıb.
Abakarova uğurlu çıxış edərək gümüş medala sahib olub. Belə ki, o, İnese Taevida (Latviya) (3-0), Draqana Qladoviça (Serbiya) (6-2) və Kiprli Despina Pilavaki (3-1) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqəni təmin edib. Yarımfinalda Floriane Liborionu üzərində qələbə qazanan (4-2) həmyerlimiz yalnız finalda Tatyana Kudaşovaya minumal (3-4) hesabla məğlub olaraq gümüş medala layiq görülüb.
Bu çəkidə mübarizəyə qoşulan digər qadın taekvondoçumuz Gülhanım Yeşildal isə Tatyana Kudaşovaya start döyüşündə (1-3) məğlub olaraq yarışı erkən başa vurub.
Kişi taekvondoçularımızdan 63 kq çəki dərəcəsində Məhəmməd Məmmədov türkiyəli idmançı Orxan Gülərə (9-3) və erməni rəqibi Serqey Avanesova (3-0) şans verməsə də, yarımfinal uğrunda döyüşdə qarşılaşdığı Joel Bonilla Qonzalezə (0-1) məğlub olub.
Ayxan Tağızadə (-68 kq) isə ilk mərhələdən azad olub. Latviya təmsilçisi Deniss Kulibiksə (14-02), Konstantinos Camalidisə (Yunanıstan) (16-2) şans verməyən Tağızadə də yarımfinalın bir atdımlığında erməni idmançı Serqey Vazdazaryana 0-1 hesabı ilə məğlub olaraq yarışda iştirakını başa vurub.
Qitə çempionatının üçüncü günü milli komandamızın kişi taekvondoçularından -74 kq çəki dərəcəsində Səid Quliyev və Namaz Heydərov, -80 kq çəki dərəcəsində Ramin Əzizov və Milad Beigi Hərçəqani, qadınlardan isə Yaprak Eriş (-62 kq), Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.