DÇ-də növbəti medal: bu dəfə gümüş
18 noyabr 2016 12:40
Kanadanın Burnabi şəhərində gənclər arasında keçirilən dunya birinciliyinin ikinci günündə millimizin daha bir üzvü medal qazanıb. Azerisport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizəyə qatılan Qaşım Maqomedov rəqibləri Taras Malçenko, Youhe Huang, Daniel Alejandro Avila Gonzalez, Gabriele Caulo və Əli Başerini məğlub edərək yarışdan kənarlaşdırıb.
Finala vəsiqəni təmin edən həmyerlimiz yalnız Koreyalı Chan-Ho Jungla həlledici döyüşdən məğlub ayrılaraq mundialın gümüş medalına layiq görülüb.
Xatırladaq ki, artıq milli komandamız aktivinə ikinci medalı əlavə edib. Belə ki, bir gün öncə komandamızın üzvü Ayaz Qəmbərli (-45 kq) dünya birinciliyini bürünc medalla başa vurmuşdu.