Qəbələ təşkilatçısı olduğu turnirin qalibi oldu
“Qəbələ İdman Klubu”nun açıq birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, 25-26 mart tarixlərində Qəbələ şəhər Olimpiya İdman Kompleksində klub tərəfindən təşkil edilən turnir gərgin mübarizələrlə yadda qalıb.
Yarışda Bakı şəhəri və respublikanın digər bölgələrində fəaliyyət göstərən klub və bölmələrindən 457 uşaq,yeniyetmə taekvondoçu qüvvəsini sınayıb.
Birinciliyin ilk günündə dayanq üzərinə 2005-2006, 2007-2008 ci il təvəllüdlü uşaq və yeniyetmə qızlar çıxıblar. Növbəti gün isə 2002-2004 cü il təvəllüdlü yeniyetmə oğlan idmnaçılar mübarizəyə qoşulublar. Yarışın sonunda mükafatçılar sırasında yer alan taekvondoçulara “Qəbələ İdman Klubu” tərəfindən medal, diplom və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.
Birincilikdə mübarizə aparan klubların da qərarlaşdığı yerlər bəll olub. Komandalar arasında yarışın təşkilançısı olan "Qəbələ" İK ümumi medalların sayına görə ilk pilləyə sahib çıxıb. Sumqayıt təmsilçiləri 2-ci, "Fateh" TK 3-cü, "Gömürkçü" 4-cü, Gəncə komandası isə 5-ci yerə layiq görülüb.