Mehman Kərimov olimpiya missiyası çərçivəsində Çinə rəsmi səfər etdi
28 mart 2014 17:11
24-28 mart 2014-cü il tarixlərində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin əməkdaşı, Nancinq 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının missiya rəhbəri Mehman Kərimov və Olimpiya Oyunlarının ilk Gənc Səfiri Arzu Məmmədova Çin Xalq Respublikasının Nancinq şəhərinə səfər etmişlər.
Səfərin əsas məqsədi Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına hazırlıqla əlqədar Beynəlxalq Olimpiya Komitəsinin Nancinq Olimpiya Oyunlarının Yerli Təşkilat Komitəsi ilə birgə təşkil etdiyi seminarda Azərbaycanı təmsil edərək Milli Olimpiya Yığmasının Oyunlarda iştirakına hazırlıq məsələlərini müzakirə etmək olmuşdur.
Səfər zamanı 201 ölkədən olan nümayəndə heyətinə Nancinq 2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarına dair nəqliyyat, yarış, tibbi xidmət, nümayəndə heyətinin akreditasiyası, media və sair mövzularda çoxlu sayda təqdimatlar verilmişdir. Nümayəndə heyəti 6000 nəfərə yaxın idmançı və rəsminin qalacağı Olimpiya Kəndində olmuş, həmçinin Oyunların keçiriləcəyi əsas idman obyektlərində aparılan hazırlıq işləri ilə yaxından tanış olmuşdur. Bu müddət ərzində Mehman Kərimov və Arzu Məmmədova Nancinqdə təhsil alan 4 nəfər azərbaycanlı tələbə ilə görüşərək onların Oyunlarda iştirakına dair məsələləri müzakirə etmişlər.