İslam Həmrəyliyi Oyunlarına 1 il qalması münasibəti ilə məsul şəxslər Bakıda görüşəcək
12 May 2016-cı il tarixdə Hilton otelində IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə komissiyasının sayca 3-cü iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, iclasda Əlaqələndirmə komissiyasının və İslam Həmrəyliyi oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər.
12 May günün 1-ci yarısı keçiriləcək iclsada son görüşdən sonra oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində görülməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq.
Günün 2-ci hissəsi isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, MOK vitse prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.
12 May tarixinin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi oyunlarının başlamasına 1 il qalmasıdır. Bunula əlaqədar olaraq mətbuat konfransı zamanı oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək.
Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında IV İslam Həmrəyliyi oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi olacaq.
13 May tarixdə isə IV İslam Həmrəyliyi oyunları ilə əlaqədar olaraq MOK-lərinin “Açıq gün” iclası keçiriləcək. İclasda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək. İclas zamanı oyunların təhlüksizlik, akreditasiya, nəqliyyat və s kimi məsələləri müzakirə olunacaq.
Proqram
12 May Hilton otel Yaqut otağı
Səhər 9.00
IV İslam Həmrəyliyi oyunları 3-cü Əlaqələndirmə Komissiyasının iclası
Saat: 14.00- Hilton otel Sevda otağı
Mətbuat konfransı
Saat 21.30: Bakı Biznes Mərkəzinin qarşısı
IV İslam Həmrəyliyi oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi
13 May Hilton otel Yaqut otağı
Səhər 9.00 IV İslam Həmrəyliyi oyunları Milli Olimpiya Komitələrinin açıq gün iclası
(AGİN-in mətbuat xidməti)