2013-cü ilin yekunlarına görə Azərbaycanın ən yaxşı məşqçiləri müəyyənləşdi
23 dekabr 2013 20:33
Bu gün 2013-cü ilin yekunlarına görə Azərbaycanın ən yaxşı idman məşqçiləri və federasiyaları müəyyənləşib. Azerisport.az bu adları diqqətinizə çatdırır:
Ən yaxşı məşqçi nominasiyasında Ağanağı Cəfərov (cüdo), Yadigar Məmmədov (boks) və İsmayıl Çopsiyev (yunan-roma güləşi) mükafatlanıb. İlin ən yaxşı idman federasiyası nominasiyasında isə qalib Milli boks federasiyası olub.
Həmçinin, müxtəlif idman yarışlarının təşkilinə görə ayrıca mükafata Milli gülə federasiyası layiq görülüb.