“Qızıl qazanmamağıma zədə mane oldu”
1 oktyabr 2013 19:42
İslam Həmrəylik Oyunlarında ağır atletika üzrə yarışlarda gümüş medal qazanan Əfqan Bayramov fikirlərini bölüşüb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
"İndoneziyaya medal üçün getmişdim.Çox istəyirdim qızıl medal qazanım, amma sonda gümüşlə kifayətlənməli oldum. Qızıl qazanmamağıma zədə mane oldu. Öz çıxışımı normal qiymətləndirirəm. Gümüş medal yaxşı nəticədi. Ümumilikdə ağır atletlərimiz yaxşı nəticə göstərdi. Təşkilati işlər qənaətbəxş idi. Əsas odur ki, komandamız uğurlu çıxış etdi”.