İslamiadada medallarımızın sayı 18-ə çatdı
29 sentyabr 2013 13:11
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Ölkəmizi təmsil edən idmançılar daha bir medal əldə ediblər. Kamandan oxatma üzrə komanda yarışlarında Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhrəmanov üçlüyü gümüş medal qazanıblar.
Beləcə, Azərbaycanın medal sayı 18-ə çatıb. Azərbaycan İslamiadada bütövlükdə 6 qızıl, 7 gümüş və 5 bürünc medal qazanıb və bu göstərici ilə yeddinci yerdə gedir.