Azərbaycan İslamiadada 6-cı medalını qazandı
24 sentyabr 2013 18:24
İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan İslam Ölkələrinin 3-cü Həmrəylik Oyunları davam edir. Azerisport.az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları da öz qüvvələrini sınayırlar.
Yarışların ikinci günündə üzgüçülərimiz də mübarizəyə qoşulublar. Yığmamızın üzvü Yevgeni Lazukanın çıxışı uğurlu alınıb. O, 100 metr məsafəyə batterflay üsulu ilə üzgüçülükdə gümüş medal qazanıb.
Bu, Azərbaycanın İslamiadada qazandığı altıncı medaldı. Karate yığmamızın üzvlərindən Rafael Ağayev, Ayxan Mamayev qızıl, Şahin Atamovla Niyazi Əliyev isə gümüş medal qazanmışdı. Azərbaycana İslamiadada daha bir medalı (gümüş) ağır atletika yığmamızın üzvü Silviya Angelova qazandırıb.