Azərbaycan İslamidada 5-ci medalını qazandı
24 sentyabr 2013 14:48
3-cü İslam Həmrəyliyi Oyunlarının karate yarışlarında daha bir idmançımız medal qazanıb. Azerisport.az xəbər verir ki, sentyabrın 24-də keçirilən yarışlarda 67 kq çəki dərəcəsində döyüşən Niyazi Əliyev Sudan, Əlcəzair və Mərakeş idmançılarına qalib gələrək finala yükəsəlib.
Finalda idmançımız Səudiyyə Ərəbistanından olan Alkahazami Fahad Atiasa 2:3 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.
Bununla da Azərbaycan karateçilərinin 3-cü İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 2-si gümüş olmaqla 4-ə çatıb.
Maraq üçün bildirək ki, Azərbaycana İslamiadada daha bir medalı ağır atletika yığmamızın üzvü Siliya Angelova qazandırıb.