Alıyev rekord yenilədi
20 avqust 2014 12:07
8-ci Zirvə Kuboku və 1-ci Zirve İnternational Sport Clubs-ın ağır atletika üzrə Dünya Çempionatı” veteranların yarışı ilə başa çatıb. Azerisport.az xəbər verir ki, yeniyetmə və gənclərdən sonra ustadlar körpücükdə güclərini sınayıblar.
Mübarizədən “Abşeron-Zirvə” təmsilçisi, dünya və Avropa çempionu, dünya rekordçusu Vladimir Jilyayev qalib çıxdı. Gümüş medal “Samux-Zirvə”dən Tağıyev Zəfər, bürünc medal isə “Sumqayıt-Zirvə”dən Əliyev Emilə qismət olub. Daha bir qeyd olunası məqam, təcrübəli veteran atlet Alıyev Akifin öz yaş qrupu və çəkisində dünya rekordunu yeniləməsi olub.