İntiqam Zairov: Məncə burada siyasət rol oynayır
Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur. 94 kq-da çıxış edən idmançı azerisport.az saytına açıqlamasında günahsız olduğunu söylədi:
“Olan olub, keçən keçib. Daha biz nə edə bilərik? Ancaq ümidimi üzməmişəm. Hər şey ola bilər. Bəlkə appelyasiya şikayətindən sonra cəzanın müddəti azaldıldı. Bildiyiniz kimi, London Olimpiadasında dopinqli olmağım da ehtimallar içərisindədi. Mənə maraqlıdı ki, bu məsələ niyə 4 ildən sonra gündəmə gətirilir, araşdırılır. Məncə burada siyasət rol oynayır. Görün, nə qədər idmançını dopinqdə ilişdiriblər. Rusiyanın bir çox tanınmış atletlərinin adı da siyahıya salınıb. Hyustondakı dünya çempionatına yollanmazdan əvvəl dopinq-testdən keçmişdim. “Təmiz” çıxmışdım. Necə oldu ki, mundialdan sonra məndə dopinq aşkarlandı? Özləri istədikləri adamı “qara siyahı”ya salırlar. Karyeramı davam etdirməyi düşünürəm. Cəza müddəti azaldılsa, idmançı kimi çıxışımı davam etdirəcəm. 8 illik cəza azaldılmasa, məşqçiliyə başlayacam. Yəqin ki, əvvəlcə yeniyetmələrlə işləyərəm”.