Nizami Paşayev üçün illər sonra gümüş medal şansı
9 iyun 2016 18:00
Beynəlxalq Olimpiya Komitəsi Pekin və London Olimpiadalarında çıxış etmiş bəzi atletlərin dopinq-testlərini yenidən yoxlatmağa başlayıb. Azerisport.az xəbər verir ki, xüsusən ağır atletikada xeyli idmançının yarışarkən dopinqli olduğu üzə çıxıb.
Pekin Olimpiadasında 94 kq-da qızıl medal qazanan İlya İlyin (Qazaxıstan), gümüş medalçı Simon Koleçki (Polşa) və 3-cü yeri tutmuş Qadjimurad Akkayev (Rusiya) dopinqli çıxıb. BOK-un sabah yekun qərarını verəcəyi gözlənilir. Həmin atletlərin dopinqli olmaları təsdiqlənsə, 2008-ci ildə Olimpiya Oyunlarında 5-ci olmuş Nizami Paşayevə gümüş medal təqdim olunacaq.