Təmsilçimiz yarımfinala çıxdı
16 yanvar 2016 14:30
Azərbaycanın trek velosipedi üzrə yığma komandasının üzvü Sergey Omelçenko Honqkonqda keçirilen Dünya Kubokunun 3-cü mərhələsinə inamla başlayıb. Azerisport.az xəbər verir ki, o, keyrin növündə ilk mərhələni 2-ci sırada tamamlamaqla yarımfinalda iştirak hüququ əldə edib.
Finala vəsiqə qazanmaq üçün velosipedçimiz yarımfinal yürüşündə 6 iştirakçı arasında ilk üçlüyə düşməlidir.