Azərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat
18 noyabr 2016 17:00
Sabah saat 15:00-da Respublika Velotrekində (20 Yanvar m/s) Azərbaycanın ilk həvəskar qadın velosiped klubu "Ladies on Bikes"ın geyim dəstlərinin təqdimat mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Məlahət Həsənova, Sevinc Fətəliyeva və Sevinc Hüseynova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya və 2 qat dünya çempionu Fərid Mansurov da iştirak edəcək.