Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Azərbaycan birinciliyi start götürüb

1 oktyabr 2016 11:00

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana əsasən, Oğuzda yeniyetmə və gənclər arasında çoxgünlük ötüşmələr üzrə Azərbaycan birinciliyi start götürüb. Azerisport.az xəbər verir ki, Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı mübarizə aparır.

İlk yarış günü 4 yaş kateqoriyasında 1-ci mərhələyə yekun vurulub. 15 yaşadək oğlanların 25 km məsafəyə qrup ötüşməsi Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb. 2-ci və 3-cü yerləri isə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Əmral Əbdüləzizli və Əhməd Əhmədov tutublar.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin təmsilçisi Əli Qurbanov 50 km məsafəyə qrup ötüşməsində hamını qabaqlayıb. Onun komanda yoldaşı İvan Orlov 2-ci olub. İlk 3-lüyü isə "Neftçi" İdman Klubu İctimai Birliyinin üzvü Vüqar Nəsibov tamamlayıb.

Qızların 25 km məsafəyə qrup ötüşməsinə gəlincə, ilk 2 yeri 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçiləri Validə Cabbarova və Elfanə Camalova tutublar. Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin velosipedçisi Viktoriya Buxenskaya finiş xəttini 3-cü keçib.

Və nəhayət, gənc oğlanların 15 km məsafəyə fərdi ötüşməsində "Neftçi" İdman Klubu İctimai Birliyinin nümayəndəsi Telman Əliyev ən yaxşı nəticə göstərib. "Lokomotiv" klubundan Kərim Şirəliyev və 8 saylı Olimpiya İdman Məktəbindən Mikayıl Səfərli müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qeyd edək ki, ölkə çempionları 3 yarış gününün nəticəsinə əsasən müəyyənləşəcək.

Другие новости этого раздела

Synergy Baku dünya reytinqində 4-cü oldu15 dekabrHemofiliya pasientləri Respublika Velotrekində01 dekabrAzərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu20 noyabrAzərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat18 noyabrGənclər üçün seminar keçirilib31 oktyabrTour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi28 oktyabrAvropa çempionatında 9-cu yer24 oktyabrMövsümün son yarışı keçirildi23 oktyabrNəsimi rayon məktəbliləri Velotrekdə06 oktyabrYeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi başa çatdı03 oktyabrAzərbaycan birinciliyində ilk qaliblər məlumdur02 oktyabrSynergy Bakudan üçqat uğur14 avqustVelosipedçimiz Çində 2-ci oldu30 iyulSynergy Bakunun Çində daha bir uğuru29 iyulOman Velosiped Federasiyasının prezidenti AzVİF-in qonağı olub26 iyul
9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu
BAKU 2020
Neftchi fan shop