Atıcılarımız Münhenə yollanırlar
28 iyul 2010 12:16
İyulun 29-u Almaniyanın Münhen şəhərində güllıə atıcılığı üzrə keçiriləcək Dünya çempionatına start veriləcək. Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidməti azerisport.az saytına xəbər verir ki, çempionatda Azərbaycan yığma komandanın üzvləri İradə Aşumova, Ruslan Lunyov, Mehriban Məcidova, Rəsul Məmmədov, Nigar Başirova və Cəmilə Süleymanova təmsil edəcəklər. İdmaçıları bu yarışda məşqçi Ruqiyyə Başırova müşayit edəcək.
Stend atıcılarımız Zemfira Meftaxetdinova, Rigina Meftaxetdinova, Elçin Babayev, Elvin İsmayılov, Əli Hüseynli, Cəfərov Emin və Cəfərova Nurlana da məşqçi Hafiz Cəfərovun rəhbərliyi altında Münhendə keçiriləcək Dünya çempionatına qatılmaq üçün 30 iyul tarixində ora yollanırlar.
Hər iki idman növü üzrə keçiriləcək Dünya çempionatı 11 avqust tarixinədək davam edəcək.