Yığmamız Dünya Kubokundan əliboş qayıtdı
14 may 2013 14:38
ABŞ-ın Fort Benninq şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku başa çatıb. Azerisport.az xəbər verir ki, yarışa iki snayperlə yollanan Azərbaycan millisi vətənə əliboş dönüb.
Belə ki, Dünya Kubokunun son günündə İradə Aşumova 25, Ruslan Lunyov 50 metr məsafədən atəşaçmada dəqiqliklərini yoxlayıblar. Onlar müvafiq olaraq, 20-ci və 32-ci yerləri tutublar.