Millimiz qrupdan çıxdı
13 iyul 2016 15:20

San Marinoda yarışan basketbol üzrə U-18 milli komandamız qrup mərhələsinin sonuncu oyununda Monakonu darmadağın edib (79:61 /20-13, 18-16, 27-15, 14-17/). Azerisport.az xəbər verir ki, basketbolçularımız oyunun əvvəlindən rəqibə aman verməyərək üçüncü hissədən sonra qarşılaşmanın taleyini həll ediblər.
Oyunçularımıza gəldikdə isə Endər Poladxanlı (24 xal), Nicat Məmmədli (18 xal) və Əkbər Məmmədov (12 xal) məhsuldar atışları ilə yadda qalıblar.
Yarımfinal oyununda komandamız iyulun 14-də Bakı vaxtı ilə saat 19:00-da Kosovo yığması ilə qarşılaşacaq.