Bakıda basketbolun 3x3 növü üzrə turnirin ikinci mərhələsi
28 iyul 2016 18:00
7 avqust 2016-cı il tarixində Bakıda "Basketball 3x3 Championship in Baku 2016-2017 — (Tour 2)" turunun ikinci mərhələsi keçiriləcək.
Azerisport.az xəbər verir ki, turnirdə 28 komanda iştirak edəcək, olardan 10-nu uşaq gənc idmançıların komandalarıdır.
Bu artıq fəslin 2-ci turudur. Keçən turun qalibi AZTOP (Dmitri Neçay, Vadim Doqşın, Emil Mirzoyev, Rustam Əliyev) komandası oldu. Yeniyetmə oğlanlarda isə "Fireball" komandası (Rza Məmmədli, Rariz Allahverdiyev, Elnur Namazov, Qəhrəman Cavadov) qalib adını qazanmışdı.