Millimiz ikinci mərhələdə bir qələbə qazanıb, ikisində uduzdu
29 iyun 2016 14:40

Xəbər verdiyimiz kimi, basketbol üzrə U-16 yığma komandamız "Xəzər Basketbol Liqa"sının ikinci turunun yarışlarına qatılıb.
Azerisport.az xəbər verir ki, Qazaxstanın Atırau şəhərində keçirilən Liqanın ikinci turu çərçivəsində komandamız 3 rəsmi görüş keçirib.
Azərbaycan - "Fortuna" (Rusiya) - 49:76
Azərbaycan - Türkmənistan - 50:44
Azərbaycan - Atırau 2000 - 59:70
Bundan əlavə Samit Nuruzadənin yetirmələri Qazaxstanın U-18 yığması ilə və Atırau 2001 komandası ilə iki yoldaşlıq görüşü də keçirib.
Komandamız bu turda 3-cü yeri tutsa da, nəticə etibarı ilə "Xəzər Liqa"sında 2-ci yerdə qərarlaşıb.