Basketbolun 3x3 növü üzrə turnirin qalibləri bəlli oldu
23 may 2016 11:00
Bakıda basketbolun 3x3 növü üzrə turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirə 26 komanda qatılıb. Onlardan 8-i uşaq və gənc idmançılardan ibarət komandalar olub.
Turnirin qalibinə gəlincə, böyüklər arasında 1-ci yer F.6.P (Fikrət Paşayev, Anar Hacıyev, Vüqar Alıyev, Murad Ramazanov) komandasına qismət olub. 2-ci yeri isə "The Vikings" komandası tutub.
Uşaq və gənc idmançılar arasında 1-ci yeri "Forza", 2-ci yeri isə "Baku Warriors" komandası tutub.
Qeyd edək ki, bu, artıq 3x3 üzrə Azərbaycanın keçirdiyi 6-cı basketbol turniri idi.