AZTOP Azərbaycan çempionu oldu
14 may 2016 19:00

Bu gün "The Club Port Baku"nun idman zalında ölkə çempionatının final seriyasının ikinci oyunları keçirilib. Azerisport.az xəbər verir ki, üçüncü yer uğrunda keçirilən qarşılaşmada "Bakı" ilk oyunda məğlub etdiyi (104:95) "Baku Oilers"ə bu dəfə məğlub olub - 73:79. Nəticədə, hərəyə bir qələbə olduğundan, bu kollektivlər daha bir görüşə çıxmalı olacaq.
Qızıl medallar uğrunda keçirilən görüşə gəldikdə isə, bu qarşılaşma çox gərgin mubarizə şəraitində keçib. Amma AZTOP ilk oyunda çətinliklə yendiyi (67:62) NTD-ni bu dəfə daha asanlıqla yenərək (81:63), Azərbaycan çempionu adını qazanıb.