Azərbaycan millisi Politexnikə yenə məğlub oldu
20 mart 2016 16:30
Bişkekdə təşkil olunan "Novruz-2016" turnirində bu gün yarımfinal mərhələsinin görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, əsası gənc basketbolçulardan təşkil olunan Azərbaycan yığması bu mərhələdə yerli "Politexnik" klubu ilə üz-üzə gəlib.
Qazaxıstan klubu ilə qrup mərhələsində də görüşən və 56:64 hesabı ilə məğlub olan basketbolçularımız bu dəfə də eyni aqibətlə üzləşiblər. Komandamız böyük hesabla uduzub - 68:100.
Millimiz sabah üçüncü yer uğrunda görüşə çıxacaq.