Azərbaycan millisi Qırğızıstan klubuna qalib gəldi
19 mart 2016 15:30
Bişkekdə "Novruz-2016" turnirinin üçüncü turunun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, əsası gənc basketbolçulardan təşkil olunan Azərbaycan yığması bu gün yerli "Bars" klubu ilə üz-üzə gəlib.
Əvvəlki oyunlarında məğlubiyyətlə üzləşən komandamız Qırğızıstan təmsilçisinə qalib gəlib - 85:54.
Xatırladaq ki, millimiz ilk turda Qazaxstanın "Aktau" komandasına 51:100, Qırğızıstanın digər təmsilçisi "Politexnik"ə isə 56:64 hesabı ilə məğlub olmuşdu.
Basketbolçularımız sabah yarımfinal görüşünə çıxacaqlar.