Azərbaycan Qırğızıstan klubu ilə də bacarmadı
18 mart 2016 18:20
Bişkekdə "Novruz-2016" turnirinin ikinci turunun görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, əsası gənc basketbolçulardan təşkil olunan Azərbaycan yığması bu gün yerli "Politexnik" klubu ilə üz-üzə gəlib.
Komandamız Qırğızıstan təmsilçisinə də uduzub - 56:64. Xatırladaq ki, millimiz ötən gün baş tutan ilk turda Qazaxstanın "Aktau" komandasına 51:100 hesabı ilə məğlub olmuşdu.
Basketbolçularımız sabah keçiriləcək son turun oyununda Qırğızıstanın digər təmsilçisi "Bars" ilə üz-üzə gələcək. Görüş saat 12:00-da start götürəcək.