Azərbaycan Qazaxıstan klubu ilə dueldən məğlub ayrıldı
17 mart 2016 16:00
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə "Novruz-2016" turnirinə start verilib. Azerisport.az xəbər verir ki, 23-cü dəfə keçirilən bu ənənəvi turnirdə Azərbaycan yığmasından başqa "Kaspi" (Aktau, Kazaxstan), "Bars" BK (Bişkek, Qırğızıstan) və "Politexnik" İK (Bişkek, Qırğızıstan) komandaları iştirak edirlər.
Millimiz ilk oyun günündə "Kaspi" ilə qarşılaşıb. Tahir Baxşıyevin yetirmələri bu görüşdə məğlubiyyətlə üzləşib - 51:100.
Komandamız növbəti görüşünü sabah yerli "Politexnik"ə qarşı keçirəcək.