Millimiz ikini oyunda məğlub oldu
Azərbaycanın oğlanlardan ibarət basketbol üzrə U-16 yığması Həştərxanda Xəzər Liqası çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Samit Nuruzadənin yetirmələri Qazaxstanın "Atırau" komandası ilə güclərini sınayıblar.
Etiraf etməliyik ki, cəmi 3 ay birgə məşq edən U-16 yığmamız 6-7 illik təcrübəyə malik qazaxstanlılara "qan uddurub".
Xala-xal gedən oyunda üçüncü hissədən sonra 8 xal (55:63) geridə qalmağımıza baxmıyaraq basketbolçularımız 4-cü hissədə əzmkar oyun nümayış etdirərək irəli cıxıblar. Oyunun bitməsinə bir dəqiqə qalmış millimiz 4 xal irəllidə olub.
Əfsuslar olsun ki, "Atırau"nun qötürdüyü taymautdan sonra qazaxlar üçxallıq atışlar hesabına 2 xal irəli çıxıblar. Nə yazıq ki, son saniyədə komandamızın 2 xallıq atışı sirena veriləndən sonra gercəkləşib. Nəticədə millimiz 77:79 (19-22, 18-18, 18-23, 22-16) hesabı ilə məğlub olub. Amma bu gələbəyə bərabər bir məğlubiyyət idi. (ABF)