Çempionatın oyunları təxirə salındı
18 fevral 2016 15:20
Basketbol üzrə 23-cü ölkə birinciliyində məcburi fasilə yaranıb. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Məlumatda bildrilir ki, Azərbaycan Dövtət Neft və Sənaye Universitetinin idman zalında bəzi profilaktik işlərin görülməsilə əlaqədar fevralın axırına kimi çempionatın oyunları təxirə salınıb. Növbəti tur mart ayının 5-də keçiriləcək.