Basketbol Federasiyası Arazın baş məşqçisini sərt cəzalandırdı
Kişilər arasında XXIII ölkə çempionatının 3-cü turunda “Araz” və “Sıçrayış” komandaları arasındakı qarşılaşmada hakim Toğrul Həsənovun verdiyi qərarlara “Araz” komandası Azərbaycan Basketbol Federasiyasına (ABF) etiraz təqdim edib. Azerisport.az xəbər verir ki, “Araz” komandasının etirazına ABF-nin Nizam-İntizam komissiyasının iclasında baxılıb.
Mehran Həmidzadənin sədirliyi ilə keçən iclasda maraqlı tərəflərin iştirakı ilə etiraz ətraflı müzakirə edilib. İclasın yekununda ABF-nin Nizam-İntizam komissiyasının qərarı aşağıdakı kimi qəbul edilib:
1. “Araz” komandasının oyunçusu Ruslan Məmmədov XXIII ölkə çempionatının növbəti 2 oyununu buraxsın.
2. “Araz” komandasının baş məşqçisi Nizami Kərimzadə XXIII ölkə çempionatının oyunlarından pley-off mərhələsinə qədər kənarlaşdırılsın.
3. Hakim Toğrul Həsənov XXIII ölkə çempionatının növbəti 3 turundan kənarlaşdırılsın.