Qala Avropa Oyunları öncəsi sınaq turnirinin qalibi oldu
Mayın 24-də Birinci Avropa Oyunlarının Parkının basketbol meydançasında 3X3 basketbol üzrə ilk sınaq yarışı keçirilib. Azerisport.az xəbər verir ki, yarışda "Qala", AZTOP, NTD, "Ulduzlar", "Azəri" və "Aslanlar" komandaları iştirak ediblər.
Komandalar iki qrupda mübarizə aparıblar:
"A" qrupu
"Qala" - AZTOP - 17:16
AZTOP - "Aslanlar" - 14:12
"Aslanlar" - "Qala" - 6:22
"B" qrupu
"Azəri" - NTD - 6:8
NTD - "Ulduzlar" - 21:10
"Ulduzlar" - "Azəri" - 10:14
Beləliklə, yarımfinalda NTD - AZTOP (21:17) və "Qala" - "Azəri" (21:12) komandaları qarşılaşıblar. Finalda "Qala" NTD-ni sınağa çəkib. Yarımfinalda bütün gücünü sərf edən NTD həledici məqamda "Qala"ya (9:22) layıqli müqavimət göstərə bilməyərək birinciliyi əldən verib.
Qalib komandaya Avropa Oyunları Əməliyyat Komitəsi (AOƏK) tərəfindən Avropa Oyunlarında 3X3 basketbol yarışlarının finalını izləmək üçün biletlər təqdim edilib. 3X3 basketbol üzrə sınaq yarışı Azərbaycan Basketbol Federasiyası və AOƏK təşkilatçılığı ilə keçirilib. Bu sınaq turnirinə Beynəlxalq Basketbol Federasiyası tərəfindən Avropa Oyunlarının 3X3 basketbol yarışlarına təhkim olunmuş məsul şəxs Robert Rieblinger nəzarət edirdi.