Məmişzadə də italiyalı ilə döyüşəcək
25 iyun 2015 16:45
Azərbaycan boksçusu Elvin Məmişzadə (52 kq) Avropa Oyunlarında yarımfinal görüşünü qələbə ilə başa vurdu. Azerisport.az xəbər verir ki, həmyerlimiz yarımfinalda almaniyalı Hamza Tuba üzərində qələbə qazandı - 3:0.
Milli komandamızın üzvü həlledici görüşdə italiyalı Vinçenzo Pikardi ilə üz-üzə gələcək. 31 yaşlı Pikardi Pekin Olimpiadasının bürünc mükafatçısı olub. Məmişzadə və Pikardi arasında final görüşü sabah keçiriləcək.