Avropa Oyunlarının Bayrağını Avropa Olimpiya Komitəsinə gələcəyi təmin olunmuş halda ötürür
Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki, bu gün ilk Avropa Oyunlarının son günündə keçirilən tədbirdə Avropa Oyunlarının Bayrağını Azərbaycanın Gənclər və İdman naziri və Bakı 2015-in Baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb. Azerisport.az xəbər verir ki, tədbirdən sonra çıxış edən Hikki deyib:
“30 aydan bir az da çox müddətdə Bakı Avropa Oyunlarının himayədarı olub. Bu gün AOK Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla geriyə təhvil alır. Bakı 2015-in verdiyi ən böyük tohfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra, bu yarışların gələcəyi təmin olunub".
Mərasimdə çıxış edən nazir Rəhimov deyib:
"Cənab Prezident, mən sizə xüsusi bir təqdimat qutusunda Avropa Oyunlarının bağyrağını təqdim edirəm. Onun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var".
Mərasimdə, AOK-un İcraiyə Komitəsi, AOK Bakı 2015 Avropa Oyunları Əlaqələndirmə Komissiyasının üzvləri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən, Oyunların uğurlu olmasında böyük rol oynamış 12500 Alovqoruyan könüllülərin təmsilçiləri iştirak etdilər.